...

Qazaxıstan Parlamentinin spikeri portuqaliyalı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib

Siyasət Materials 21 Aprel 2009 16:35 (UTC +04:00)

Qazaxıstan, Astana, 21 aprel / Trend , müxbir K.Arınova /

"Qazaxıstan Parlamentinin sədri, ATƏT-in Parlament Assambleyasının vitse-spikeri Kasım-Jomart Tokayev təşkilatın PA Bürosunun bu gün açılmış iclasında iştirak etmək üçün Lissabona gəlib. O, burada Portuqaliyanın Assambleya (Parlament) sədri Jayme Joze Matoş da Qama ilə danışıqlar aparıb", - Parlamentin mətbuat xidməti məlumat verir.

"Tokayev Qazaxıstanın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və siyasi anlaşmanın inkişafında maraqlı olduğunu qeyd edib. O, Jayme da Qamanı Qazaxıstana rəsmi səfərə dəvət edib", - mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, Tokayev portuqaliyalı həmkarını Qazaxıstan Parlamentinin fəaliyyəti, Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə onun səlahiyyətlərinin genişləndirilməsi üzrə konstitusiya islahatları barədə ətraflı şəkildə məlumatlandırıb.

"Spiker, həmçinin Qazaxıstanın ATƏT-dəki sədrliyinə hazırlığın gedişi və "Avropaya yol" dövlət proqramının həyata keçirilməsi haqqında məlumat verib.

Parlamentlərarası dialoqun vacibliyini qeyd edən Tokayev, Qazaxıstan Parlamenti nümayəndə heyətinin Sivilizasiyalar Alyansının II forumunda iştirakı, dünya və ənənəvi dinlərin Astanadakı III qurultayına hazırlığı barədə danışıb", - press-relizdə qeyd olunur.

Sənəddə deyilir ki, Mərkəzi Asiya regionundakı vəziyyət barədə biliklərini nümayiş etdirən və Qazaxıstana böyük maraq göstərən Jayme Da Qama, Qazaxıstan-Portuqaliya əməkdaşlığının inkişafında və ölkələrin parlamentləri arasında münasibətlərin möhkəmlənməsində marağını bildirib.

"İclas zamanı ATƏT PA sədri Soareş və Assambleyanın Baş katibi Oliveyranın məruzələri dinlənilib, məruzlərin layihələri və bu ilin yayında Vilnüsda keçiriləcək illik sessiya qətnamələri nəzərdən keçirilib", - məlumatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti