...

Azərbaycan Prezidenti BƏƏ nümayəndə heyətini qəbul edib

Siyasət Materials 21 Aprel 2009 20:47 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Federal Nəqliyyat və Federal Mülki Aviasiya Qurumlarının sədri Sultan bin Səid əl-Mənsurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Əsasən özəl sektoru təmsil edən nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən əl-Mənsuri ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb və münasibətlərimizin daha da möhkəmləndirilməsində hər iki ölkə rəsmilərinin maraqlı olduğunu bildirib.
Dövlət başçısı Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Ölkədə ÜDM-in təxminən 85 faizinin özəl sektorun payına düşdüyünü qeyd edən dövlət başçısı, bunun Azərbaycan iqtisadiyyatında mühüm önəm daşıdığını bildirib.
İlham ƏLiyev Birləşmiş Ərəb Əmirliklərinin Federal Nəqliyyat və Federal Mülki Aviasiya Qurumlarının sədri əl-Mənsurinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti