...

Gürcüstan və Danimarkanın Müdafiə nazirlikləri hərbi sahədə əməkdaşlıq planı imzalayacaq

Siyasət Materials 22 Aprel 2009 17:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 aprel / Trend , müxbir N.Kirtsxaliya /  

Gürcüstan və Danimarka Krallığının Müdafiə nazirlikləri bu axşam hərbi sahədə əməkdaşlıq planı imzalayacaq.

Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, bu barədə razılaşma Gürcüstanın müdafiə naziri David Sixarulidze ilə Danimarka SQ-nin Birləşmiş Qərargah rəisi Tom Yorqensenin görüşü zamanı əldə olunub. Görüşdə Gürcüstanın müdafiə naziri müavini Qeorqi Muçaidze də iştirak edib.

Tərəflər arasında iki ölkənin müdafiə idarələrinin ikitərəfli əməkdaşlığının inkişaf perspektivləri, həmçinin Gürcüstanda baş verən son hadisələr, Gürcüstanın NATO-ya inteqrasiya perspektivləri və Gürcüstan kontingentinin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı məsələləri müzakirə olunub.

Gürcüstan tərəfi Danimarka nümayəndə heyətini Gürcüstan Silahlı Qüvvələrinin əsas inkişaf prioritetləri ilə tanış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti