...

Azərbaycan prezidenti Brüsseldə Belçikanın baş naziri ilə görüşüb

Siyasət Materials 28 Aprel 2009 23:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Brüsseldə Belçika Krallığının baş naziri Herman Van Rompeylə görüşüb. Xəbəri AzərTAc dövlət agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, siyasi əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.

Azərbaycan prezidentinin Belçikaya səfərinin əlaqələrimizin daha da inkişafı baxımından əhəmiyyətinin vurğulandığı görüşdə qeyd olunub ki, qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. Bildirilib ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafı üçün də yaxşı imkanlar vardır.

Görüşdə Azərbaycan ilə Belçika arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmli rolunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti