...

Azərbaycanın hakim partiyası ölkənin Polşa ilə əlaqələrinin daha da inkişaf etməsində maraqlıdır

Siyasət Materials 29 Aprel 2009 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan-Polşa münasibətlərinin getdikcə daha da inkişaf və dərinləşməsi naminə səylərini əsirgəməyəcək.  

Polşa Prezidenti dəftərxanasının beynəlxalq əlaqələr departamentinin rəisi, dövlət katibinin müavini, nazir Mariuş Handzlik ilə görüşdə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan-Polşa əlaqələri ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir, çərşənbə günü Trend -a YAP-ın mətbuat xidmətindən məlumat verilib.    

Görüşdə Handzlik Polşa-Azərbaycan dövlətlərarası münasibətlərin strateji xarakter daşıdığını bildirib. "Polşa Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir. Azərbaycan Polşa üçün regionda ən mühüm tərəfdaş və əməkdaş dövlətdir", - polşalı nazir deyib.

Trend -un arayışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti