...

Türkiyə Rusiya və Azərbaycan arasındakı yaxınlaşmadan narahatlıq keçirmir - Türkiyənin XİN rəhbəri

Siyasət Materials 2 İyul 2009 13:10 (UTC +04:00)
Türkiyə Rusiya və Azərbaycan arasındakı yaxınlaşmadan narahatlıq keçirmir - Türkiyənin XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Rusiyaya səfərindən öncə bildirib ki, Türkiyə Azərbaycanla Rusiya arasındakı yaxınlaşmadan narahatlıq keçirmir, Türkiyənin "Xəbər" informasiya agentliyi məlumat verib.

Ankaranın Esenboğa beynəlxalq hava limanında keçirdiyi mətbuat konfransı zamanı Davudoğlu bu yaxınlarda Azərbaycanla Rusiya arasında əldə olunmuş enerji razılaşması barədə şərh edib.

"Bizə qonşu olan iki ölkə arasında ikitərəfli əlaqələri narahatedici fakt kimi qəbul etmirik. Əksinə, biz hesab edirik ki, qonşularımız arasında əlaqələrin möhkəmlənməsi sayəsində bizim ümumi maraq dairələrimiz genişlənəcək", - Davudoğlu bildirib.

O qeyd edib ki, Türkiyə və Rusiyanın energetika sahəsi ilə bağlı yanaşmaları bir-birinə alternativ deyil.

"Bizim Azərbaycanla əlaqələrimiz dərin köklərə malikdir və bu əlaqələr digər ölkələrlə əlaqələrə alternativ deyil", - Davudoğlu deyib.

Rusiyalı həmkarı Sergey Lavrovun rəsmi dəvəti ilə Rusiyaya yola düşən Davudoğlu bəyan edib ki, iki ölkə arasındakı əlaqələr çoxsahəli əməkdaşlığa əsaslanır.

Davudoğlunun sözlərinə görə, Lavrovla görüşü zamanı ikitərəfli əlaqələr, eləcə də regional və beynəlxalq inkişaf məsələləri müzakirə olunacaq.

Nazir qeyd edib ki, Rusiyaya səfərindən sonra o, rumıniyalı həmkarı Xristian Diakoneskunun formal qonağı kimi həmin ölkəyə yola düşəcək. Burada o, həmkarı Diakonesku və Rumıniya Prezidenti Trayan Basesku ilə geniş danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti