...

Batumidə "Nə? Harada? Necə?"-nin idman versiyası keçiriləcək

Siyasət Materials 4 İyul 2009 15:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 iyul / Trend , müxbir N.Kirsxaliya /

Batumidə 24-26 iyulda "Nə? Harada? Necə?"-nin idman versiyası üzrə 11-ci Cənubi Qafqaz çempionatı keçiriləcək.

Festivalın baş sponsoru "Bank of Georgia"dır. Böyük kubok (Grand Cup) uğrunda Azərbaycan, Gürcüstan və Ermənistandan 40 komanda mübarizə aparacaq.

Çempionatın rəsmi sığortaçısı "Aldagi BCİ" şirkətidir.

Oyunlar "Basko" basketbol zalında baş tutacaq. Festival Acarıstanın Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti