...

Avropa Komissiyası Şərqi Avropa və Cənubi Qafqazda maliyyə proqramlarına vəsait ayıracaq

Siyasət Materials 4 İyul 2009 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend /

Avropa Komissiyası Şərqi Avropa və Cənubi Qafqazda maliyyə layihələrinin maliyyələşdirilməsi üçün 40 milyon avro ayıracaq. Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Yardım paketi mədəni siyasətin və vətəndaş cəmiyyətinin, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, hava məkanının idarəsi və həmçinin qəzaya hazırlıq kimi sahələrlə bağlı proqramların maliyyələşdirilməsinə yönəlib.  Avropa Komissiyasının məlumatında deyildiyi kimi, bütün maliyyə layihələri regional xarekter daşıyır.

"Mən Şərq sərhədində tərəfdaş ölkələrimizin layihələrinə 40 milyon avro həcmində maliyyə yardımının göstərilməsindən razıyam. Onlar bir çox problemlərdə şərikdirlər və bu problemlərin həllinə birgə yanaşma tərəfdaş ölkələr arasında etibarın möhkəmlənməsinə, regionda stabilliyin, təhlükəsizliyin və tərəqqinin gücləndirilməsinə kömək edə bilər", - Xarici siyasət və Avropanın qonşuluq siyasəti üzrə Avropa komissarı Benita Ferroro-Valdner bildirib.

Xəbər lenti

Xəbər lenti