...

Avqust müharibəsi Tbilisinin Azərbaycan və Ermənistanla münasibətlərini mürəkkəbləşdirib – müxalifət lideri

Siyasət Materials 6 İyul 2009 15:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 iyul / Trend , müxbir N. Kirsxaliya /

Gürcüstan hakimiyyətinin ötən ilin avqustunda ölkəni Rusiya ilə müharibəyə gətirən düşünülməmiş addımları digər qonşu dövlətlərlə münasibətlərdə də əlavə problemlər yaradıb. Bunu Trend -a "Gürcüstan naminə Alyans"-ın lideri İrakli Alasaniya deyib.

"Bu müharibə regionda müəyyən yenidənqiymətləndirməyə səbəb olub", - Alasaniya deyib.

Avqustun 8-də gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan ordusu Sxinvaliyə daxil olub. Daha sonra Rusiya ordusu şəhəri tutub və Gürcüstan hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıb. Avqustun sonuna yaxın Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini qəbul edib. Tbilisi cavabında Moskva ilə diplomatik əlaqələri kəsib və iki tanınmamış respublikanı işğal edilmiş ərazi elan edib.

Alasaniya qeyd edib ki, Ermənistanla da problemlər yaranıb. Çünki Gürcüstanda kompakt şəkildə yaşayan iri icmalar tərəfindən separatçı hərəkat təhlükəsi yaranır.   

"Əlbəttə ki, nə rəsmi Bakı, nə də Yerevan separatçıların niyyətinə imkan verməyəcəklər. Lakin burada Rusiya xüsusi xidməti fəal işləyəcək və regionlardakı, xüsusi ilə də ermənilərin məskunlaşdığı Samsxe-Cavaxetiyadakı bu proseslərə diqqət yetirmək lazımdır", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti