...

Gürcüstan hökuməti gürcü-rus müharibəsinin səbəbləri barədə hesabat təqdim edəcək

Siyasət Materials 6 İyul 2009 20:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan hökuməti Talyavinin beynəlxalq təhqiqat komissiyasına paralel olaraq gürcü-rus müharibəsinin səbəbləri barədə öz hesabatını hazırlayır. Bu barədə bu gün "İmedi" telekanalının canlı yayımında Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili deyib.

"Gürcüstan hökuməti yalnız avqust müharibəsi ilə məhdudlaşmayaraq, həm də müharibənin başlama səbəbləri və ona qədər gedən prosesləri də analiz edəcək", - dövlət naziri bildirib.

Yakobaşvilinin sözlərinə görə, hesabatla yanaşı 250-dən çox sənəd və videofayl təqdim olunacaq.

"Hökumətin hesabatı Avropa İttifaqının beynəlxalq təhqiqat komissiyasının rəyi hazırlanana qədər açıqlanacaq", - o bildirib.

Yakobaşvili Aİ komissiyası sədrinin müharibənin başlanma səbəblərinin araşdırılması üzrə ərizəsinə cavab verib. Bu, komissiyanın işinin daha iki ay müddətinə uzadılmasını tələb edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti