...

Azərbaycan parlamentinin yaz sessiyasında 99 qanun və qərar qəbul olunub

Siyasət Materials 7 İyul 2009 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , muxbir A.Huseynbala/ Azərbaycan parlamentinin yaz sessiyasında 99 qanun və qərar qəbul olunub.

"Yaz sessiyasında qəbul olunan əsas qanunlardan biri Heydər Əliyev  Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan "Amnistiya haqqında" aktın qəbul olunmasıdır"- Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclis sədrinin müavini Bahar Muradova keçirdiyi mətbuat konfransında bildirib.

Muradovanın sözlərinə görə, yaz sessiyası zamanı qəbul olunan mühüm qanunlardan biri də "Təhsil haqqında" qanundur.

"Biz nəhayət 15 ildən sonra olduqca mükəmməl bir qanunun qəbuluna nail olduq", - vitse-spiker əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti