...

Azərbaycanın cənubunda qanunsuz meşə ağaclarını kəsənlər polislər tərəfindən saxlanılıb

Siyasət Materials 7 İyul 2009 16:21 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 07 iyul / Trend , muxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) qanunsuz meşə ağaclarını kəsənlər polislər tərəfindən saxlanılıb.

Lənkəran Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi Səadət Qəmbərov çərşənbə axşamı Trend -a bildirib ki, Lənkəranın Osaküçə kəndi ərazisində odunla dolu 5 yük avtomobili polis şöbəsinin əməkdaşlari tərəfindən saxlanılıb. Onun bildirdiyinə görə, ümumi həcmi 15 kubmetrə qədər ağac materialını ( vələs, ağcaqayın, dəmirağac) qanunsuz daşımaq istəyən Masalli və Lənkəran şəhər sakinləridir.

Müstəntiqin sözlərinə görə, ZİL 130 markalı, 44 BL 388 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Masalli rayon Yeddioymaq kənd sakini Əzimov Bəyoğlan Xanoğlan oğlu, ZİL 130 markalı, 42 BH 339 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Lənkəran rayonunun Boladi kənd sakini Həsənov Rahid Ağamusa oğlu, QAZ 52 markalı, 42 BC 989 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Lənkəran rayon Osaküçə kənd sakini Süleymanov Mayıl Mərəkişi oğlu, QAZEL markalı, 44 BL 283 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Masallı rayon Musaküçə kənd sakini Rzayev İlham Əsgər oğlu və ZİL 130 markalı, 44 BX 016 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Lənkəran rayon Girdəni kənd sakini Dövlətov Rakif Balaxan oğludur.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti