...

Avropa Komissiyası Gürcüstana daha 2 milyon avro ayırıb

Siyasət Materials 8 İyul 2009 16:19 (UTC +04:00)
Avropa Komissiyası Gürcüstana daha 2 milyon avro ayırıb

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Y.Ostapenko /

Avropa Komissiyası Gürcüstanın münaqişə nəticəsində zərər çəkən, hələ də hökumətin və beynəlxalq cəmiyyətin yardımına arxalanan sakinləri üçün əlavə 2 milyon avro vəsait ayırıb. Bu barədə Avropa İttifaqının rəsmi məlumatında deyilir.

"2008-ci ilin avqust ayında baş verən münaqişə nəticəsində zərər çəkən insanlar hələ də münaqişənin nəticələrindən əzab çəkir. Əhalinin qida məhsulları ilə təmin olunması 2010-cu ildə məhsul yığımına kimi problem olaraq qalacaq", - deyə İnkişaf və humanitar yardım məsələləri üzrə komissarı Lui Mişel bildirib.

Onun sözlərinə əsasən, ayrılan vəsait zərər çəkənlərə özləri qida məhsulları istehsal edənə kimi ərzaq yardımının göstərilməsi üçün istifadə olunacaq.

Ayrılan vəsait Ümumdünya Ərzaq Proqramı vasitəsilə veriləcək. Avropa Komissiyası Gürcüstan regionunda zərər çəkənlərə humanitar yardımın göstərilməsi üçün ümumilikdə 12 milyon avro ayırıb.

Gürcüstan və Rusiya arasında hərbi əməliyyatlar ötən ilin avqust ayında özünün müstəqilliyini elan edən və Rusiya tərəfindən dəstəklənən Cənubi Osetiya regionunda baş verib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti