...

ABŞ hökuməti Azərbaycan qaçqınları üçün 10 milyon dollar ayıra bilər - səfir

Siyasət Materials 8 İyul 2009 15:57 (UTC +04:00)
ABŞ hökuməti Azərbaycan qaçqınları üçün 10 milyon dollar ayıra bilər - səfir

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Ü.Sadıxova /

ABŞ-ın Nümayəndələr Palatasında Ermənistan və Azərbaycan arasında ərazi münaqişəsi nəticəsində zərər çəkən Azərbaycan qaçqınları üçün 10 milyon dolların ayrılması məsələsi müzakirə olunur. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev bildirib.

"Hazırda Azərbaycan qaçqınları üçün 10 milyon dollar humanitar yardımın ayrılması məsələsi ABŞ-ın Nümayəndələr Palatasının iki alt komitəsi və bir komitəsi səviyyəsində müzakirə edilir", - bu barədə səfir çərşənbə günü jurnalistlərə Azərbaycan XİN-in 90 illiyinə həsr olunmuş beynəlxalq konfransda bildirib.

Onun sözlərinə əsasən, bu məsələ Senatda da müzakirə olunmalıdır. Əliyev hesab edir ki, sentyabrda və oktyabrda da bu məsələ müzakirə olunacaq.

Azərbaycanda təxminən bir milyon qaçqın və məcburi köçkün yaşayır. Onlardan 250 min nəfəri 1988-1992-ci illərdə Ermənitandan qovulmuş azərbaycanlılardır. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti