...

Azərbaycan ilin sonuna kimi RF ilə sərhədlərin delimitasiya məsələsinin həll ediləcəyinə ümid edir – nazir müavini

Siyasət Materials 8 İyul 2009 14:08 (UTC +04:00)
Azərbaycan ilin sonuna kimi RF ilə sərhədlərin delimitasiya məsələsinin həll ediləcəyinə ümid edir – nazir müavini

Azərbaycan, Bakı, 08 iyul/ Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycan ilin sonuna kimi Azərbaycan və Rusiya sərhədlərinin delimitasiya prosesinin tamamlanacağına əmindir. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan XİN-in 90 illiyinə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

"Prezident Medvedyevin Azərbaycana səfəri çərçivəsində biz dövlət sərhədləri məsələsi üzrə müəyyən aydınlığın mövcud olduğunu gördük", - deyə nazir müavini bildirib.

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyasına gəldikdə isə Xələfov bildirib ki, burada bir çox açıq məsələlər mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti