Azərbaycan, Bakı, 08 iyul / Trend , muxbir A.Hüseynbala /
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb.
"Bir neçə bələdiyyənin birləşdirilməsi ilə bağlı qanunun qəbulundan sonra birləşən bələdiyyələrin seçici siyahılarında dəqiqləşdirmələrə ehtiyac yaranıb", - Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə MSK sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri bildirib ki, qısa zamanda bu proses yekunlaşacaq.
Azərbaycanda fəaliyyət göstərən 2757 bələdiyyədən 993-ü ləğv edilib. Parlament bununla bağlı qərar qəbul edib. Azərbaycanda daha iki yeni bələdiyyə yaradılıb və hazırda 1766 bələdiyyə fəaliyyət göstərir.
Azərbaycanda bələdiyyə seçkisi ilin sonunda keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]