...

Tbilisinin mərkəzində partlayış baş verib

Siyasət Materials 9 İyul 2009 13:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 iyul / Trend , N.Kirtsxalia /

Bu gün səhər saatlarında Tbilisinin mərkəzində partlayış baş verib. Tbilisi polisinin verdiyi məlumata görə, hadisə Xviçiya küçəsində olub, nəticədə iki nəfər - ana və qızı Lali və Mari Qoqidze xəsarət alıb. Lazımi yardım aldıqdan sonra onlar xəstəxanadan evə buraxılıblar.

Lali Qoqidzenin jurnalistlərə dediyinə görə, partlayış qapını açarkən baş verib. Ilkin məlumatlara görə, qapıya bərkidilmiş qumbara partlayıb.

Qonşular kimin bu addımı ata biləcəyini düşünə bilmirlər, belə ki Qoqidze ailəsi heç kimlə münaqişədə olmayıb, sakit ailədir.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti