...

Azərbaycan Prezidenti BƏƏ-nin xarici işlər nazirini qəbul edib

Siyasət Materials 9 İyul 2009 19:20 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri şeyx Abdulla bin Zayid al Nəhyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən al Nəhyan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində böyük işlər görüldüyünü deyib və əldə olunan nailiyyətlərə görə dövlətimizin başçısını təbrik edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirib və ikitərəfli əməkdaşlığın çox fəal olduğunu deyib.

İki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ötən il BMT-nin Baş Məclisində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" məsələnin müzakirəsi zamanı ölkəmizin mövqeyini müdafiə etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib. İkitərəfli münasibətlərin iqtisadi, siyasi və digər sahələrdə möhkəmləndiyini vurğulayan dövlət başçısı BƏƏ-nin xarici işlər naziri şeyx Abdulla bin Zayid al Nəhyanın ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti