...

İlham Əliyev ABŞ Dövlət katibinin birinci müavinini qəbul edib

Siyasət Materials 11 İyul 2009 11:42 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ABŞ Dövlət katibinin birinci müavini Ceyms Staynberqi qəbul edib. Bu barədə Dövlət İnformasiya agentliyi AzərTac xəbər yayıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, həmçinin siyasi, iqtisadi və enerji sahəsində uğurla inkişaf edir. Əlaqələrin bundan sonra da genişlənməsinə əminlik qeyd olunub. Görüşdə ikitərəfli müasibətlər, regional və beynəlxalq problemlər barədə fikir mübadiləsi aparılıb.

Staynberq Azərbaycanın dövlət başçısına ABŞ-ın dövlət katibi Hillari Klintonun salamını çatdırıb.

Prezident İlham Əliyev xanım Klintonun salamına görə minnətdarlığını bildirib və onun da salamının ABŞ Dövlət katibinə çatdırılmasını xahiş edib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Nümayəndə heyətinin tərkibində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da yer alıb.

Xəbər lenti

Xəbər lenti