...

ABŞ Dövlət katibinin iki müavini gözlənilmədən Tbilisiyə səfər edib

Siyasət Materials 11 İyul 2009 14:30 (UTC +04:00)
ABŞ Dövlət katibinin iki müavini gözlənilmədən Tbilisiyə səfər edib

Gürcüstan, Tbilisi, 11 iyul / Trend , müxbir N.Kirtsxaliya /

ABŞ Dövlət katibinin iki müavini Ceyms Steynberq və Filipp Qordon gözlənilmədən Tbilisiyə qısamüddətli səfər edib. Onlar Tbilisi hava limanında Gürcüstan xarici işlər nazirinin birinci müavini Qiqo Bokeriya ilə yarım saatlıq görüş keçiriblər.

Görüşdən sonra ABŞ rəsmiləri açıqlama verməsələr də, Bokeriya jurnalistlərə bildirib ki, söhbət zamanı ABŞ və Rusiya prezidentlərinin Moskvadakı görüşünün yekunları müzakirə edilib.

"Biz ölkəmizin və strateji tərəfdaşımız ABŞ-ın maraq dairəsində olan məsələləri müzakirə etdik. Görüşün qısamüddətli olmasına baxmayaraq, hər şeyi müzakirə edə bildik", - Bokeriya deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti