...

Aİ və Türkiyə bir-birinə lazımdır – ABŞ Dövlət katibi köməkçisinin müavini

Siyasət Materials 13 İyul 2009 10:31 (UTC +04:00)
Aİ və Türkiyə bir-birinə lazımdır – ABŞ Dövlət katibi köməkçisinin müavini

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir E. Tarıverdiyeva /

ABŞ hesab edir ki, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması gələcək islahatlara imkan verər, bunun sayəsində də Türkiyə daha etibarlı və güclü tərəfdaş olardı. Bunu Trend -a Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Brayza deyib.

Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqlar 2005-ci ildən başlayıb. Ekspertlərin proqnozuna görə, Ankara buna 10-15 ilə nail olacaq.   

Aİ inteqrasiya dosyesi üzrə danışıqları dondurmaqla hədələyərək, Türkiyədən dəfələrlə danışıq prosesində nəzərdə tutulmuş demokratik islahatları sürətləndirməyi tələb edib. Buna cavab olaraq Ankara Aİ-yə islahatlar və inteqrasiyanın fəal həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib.

"Aİ və Türkiyə bir-birinə lazımdır. İslahatları stimullaşdırmaq üçün Türkiyəyə Aİ-yə daxil olmaq imkanlarına malik olmaq vacibdir", - Brayza deyib.

Onun fikrincə, Türkiyənin Aİ-yə daxil olması Avropa üçün müsəlman dünyasında və Yaxın Şərqdə demokratiyanın inkişafının nümunəsi olacaq.

Brayzanın sözlərinə görə, Avropa üçün islahatlar vacibdir ki, Türkiyə demokratik müsəlman ölkəsi nümunəsi olsun və onun timsalında görünsün ki, müsəlman dünyasında da Avropa və Yaxın Şərq üçün vacib olan islahatlar aparmaq mümkündür.  

Türkiyənin Dövlət naziri və Aİ ölkələrinə daxil olmaq üzrə danışıqlarda Türkiyə nümayəndə heyətinin rəhbəri Egemen Baxış keçən mətbuat konfransında deyib ki, Türkiyə tezliklə Aİ-nin üzvü olacaq. Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu da qeyd edib ki, ölkə yaxın zamanlarda Aİ-nin tamhüquqlu üzvü olacaq. "Əgər Aİ qapılarını Türkiyəyə açarsa, regionda ən güclü struktura çevrilə bilər", - o deyib.

Xəbər lenti

Xəbər lenti