...

Kiyevdə Avropada təhlükəsizlik məsələləri üzrə Beynəlxalq parlament konfransı öz işinə başlayır

Siyasət Materials 13 İyul 2009 10:55 (UTC +04:00)

Qazaxıstan, Astana, 13 iyul / Trend , müxbir K.Konırova /

Bu gün Kiyevdə Avropada təhlükəsizlik məsələləri üzrə Beynəlxalq parlament konfransı öz işinə başlayır, MDB-nin Parlamantlərarası Assambleyası Şurasının səyyar iclası keçiriləcək. Bu barədə QR Senatının mətbuat xidmətindən bildirilib.   

Konfransda Senatın sədri, ATƏT PA-nın vitse-prezidenti Qasım-Jomart Tokaevin başçılıq etdiyi QR Parlamentinin nümayəndə heyəti iştirak edəcək. Qazaxıstan nümayəndə heyəti başçısının Avropada təhlükəsizlik məsələləri üzrə iclasda məruzə ilə çıxış etməsi gözlənilir. Bu barədə press-relizdə deyilir.

Səfər çərçivəsində QR Parlamenti Senatının spikeri ilə parlament nümayəndə heyəti arasında ikitərəfli görüş planlaşdırılır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti