...

Azərbaycan Prezidenti Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsinin üzvləri ilə görüşüb

Siyasət Materials 14 İyul 2009 20:26 (UTC +04:00)
Azərbaycan Prezidenti Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsinin üzvləri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsinin üzvləri ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Parlamentin komitən sədri Maykl Qeyps Azərbaycan Prezidentinin Britaniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Qeyps İlham Əliyev ilə görüşün Azərbaycanda və regionda gedən proseslər, beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan yaratdığını bildirib. O, Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların önəmini vurğulayaraq, bu sahədə də əlaqələrin perspektivləri baxımından Azərbaycan Prezidentinin fikirlərini öyrənmək istədiklərini söyləyib.

Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib və Azərbaycanda gedən inkişaf prosesləri barədə danışıb. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daim genişləndiyini bildirib.

Azərbaycanla Böyük Britaniya arasında siyasi dialoqun fəal aparıldığını deyən Prezident İlham Əliyev enerji və təhlükəsizlik, antiterror koalisiyasında iştirak və digər sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan və perspektivlərindən danışan dövlət başçısı Azərbaycanın Avropa üçün mühüm enerji təchizatçısına çevrildiyini deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə də məlumat verib.

Xəbər lenti

Xəbər lenti