Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir A.Axundov/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 15-də saat 18.10-dan 18.20-dək Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, iyulun 16-da saat 08.20-dən 08.25-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.