...

Azərbaycan Ombudsmanı Bişkək konfransında insan hüquqlarını müzakirə edəcək

Siyasət Materials 16 İyul 2009 15:56 (UTC +04:00)
Azərbaycan Ombudsmanı Bişkək konfransında insan hüquqlarını müzakirə edəcək

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir Y.Ostapenko /

Azərbaycan Ombudsmanı Elmira Süleymanova ATƏT-in mərkəzinin dəstəyi ilə cümə axşamı Qırğızıstan paytaxtı Bişkəkdə keçiriləcək insan hüquqları üzrə beynəlxalq konfransda iştirak edəcək. Təşkilatın rəsmi məlumatında deyilir.

Bişkəkdə üçgünlük görüşə insan hüquqlarının müdafiəsi imkanlarını müzakirə etmək üçün insan hüquqları üzrə 10 ölkənin müvəkkiləri toplanıb. İştirakçılar arasında Azərbaycan, Bosniya və Herseqovina, Çexiya, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Sloveniya və Ukrayna ombudsmanları yer alır. 

Görüşdə həmçinin Qırğızıstan Parlamenti, vətəndaş cəmiyyətlərinin və beynəlxalq təşkilatların nümayəndələri, vəzifəli şəxslər və jurnalistlər iştirak edirlər.

İştirakçılar siyasi böhran zamanı insan hüquqlarının müdafiəsini, işgəncələrə dair xəbədarlıq üzrə beynəlxalq təcrübə və ombudsman bürosu da daxil olmaqla, dövlət müəssisələrinin fəaliyyətində insan hüquqlarının müdafiəsini müzakirə edəcəklər.

"İnsan hüquqları Qırğızıstan Respublikasının demokratik inkişafı üçün prisipial olaraq vacib əhəmiyyət kəsb edir. Qırğızıstan Konstitusiyasında 98 maddədən 28-i ölkədə insan hüquq və azadlıqlarının inkişafına aiddir. İnsan azadlığı Qırğızıstanın əsas sənədinin müqəddəs bəndidir", - konfransı açıq elan edən Qırğızıstanın Baş naziri İqor Çudinov bildirib.

Forum iştirakçılarının yekun bəyanat qəbul edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti