...

Qazaxıstanda qarşıdan gələn bazar günü Uyğur Milli Cəmiyyətinin mitinqləri keçiriləcək

Siyasət Materials 17 İyul 2009 16:14 (UTC +04:00)
Qazaxıstanda ÇXR-in Sinszyan-Uyğur muxtar rayonunda uyğurların dinc məqsədli çıxışlarının yatırılması ilə əlaqədar olaraq mitinq keçiriləcək.
Qazaxıstanda qarşıdan gələn bazar günü Uyğur Milli Cəmiyyətinin mitinqləri keçiriləcək

Qazaxıstan, Astana, 17 iyul / Trend , müxbir K.Konırova /

Qazaxıstanda ÇXR-in Sinszyan-Uyğur muxtar rayonunda uyğurların dinc məqsədli çıxışlarının yatırılması ilə əlaqədar olaraq mitinq keçiriləcək. Bu barədə Uyğur Milli Cəmiyyəti xəbər verir. 

"Alma-Atada qarşıdan gələn bazar günü, iyulun 19-da saat 11:00-da "Sarı-Arka" kinoteatrı qarşısında Uyğur Milli Cəmiyyəti Çin Xalq Respublikasının Sinszyan-Uyğur muxtar rayonunda uyğurların dinc çıxışlarının yatırılması ilə əlaqədar olaraq icazəli mitinq keçirəcək ", - bu barədə təşəbbüskar qrupların təşkilat komitəsinin bu gün yayılan məlumatında deyilir. 

İyulun 5-də ÇXR-in Sinszyan-Uyğur muxtar rayonunda yanğın və döyülmələr ilə müşayiət edilən iğtişaşlar baş verib. İğtişaşlar nəticəsində həlak olanların sayı 150 nəfərdən çoxdur, min nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qarşıdurma zamanı bir Qazaxıstan vətəndaşı da başından zədə almışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti