...

Gürcüstanın radikal müxalifəti ABŞ-ın vitse-prezidentini Tbilisinin mərkəzində kütləvi etiraz aksiyası ilə qarşılaşayacaq

Siyasət Materials 17 İyul 2009 16:21 (UTC +04:00)
Gürcüstanın qeyri-parlament müxalifəti iyulun 22-də bu ölkəyə ikigünlük səfərə gələn ABŞ-ın vitse-prezidenti Co Baydeni Tbilisinin mərkəzində kütləvi etiraz aksiyası ilə qarşılaşayacaq.
Gürcüstanın radikal müxalifəti ABŞ-ın vitse-prezidentini Tbilisinin mərkəzində kütləvi etiraz aksiyası ilə qarşılaşayacaq

Gürcüstan, Tbilisi, 17 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın qeyri-parlament müxalifəti iyulun 22-də bu ölkəyə ikigünlük səfərə gələn ABŞ-ın vitse-prezidenti Co Baydeni Tbilisinin mərkəzində kütləvi etiraz aksiyası ilə qarşılaşayacaq. Bu barədə brifinqdə cümə günü "Gürcüstanın yolu" partiyasının lideri Salome Zurabişvili deyib.

O, xatırladıb ki, bu gün müxalifətin prezidentin istefası və növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsini tələb etdiyi etiraz aksiyalarının başlanğıcından yüz gün ötür.

"Gürcü ictimaiyyəti Obamadan Moskvada bütün dünyaya verdiyi sözlərinin üstündə durmağı tələb edir. O cümlədən hər bir xalq özünə hökumət seçmək hüququna malikdir və hər bir xalqın istəyi dövlətin söykəndiyi yeganə məhfum olmalıdır", - Zurabişvili deyib.

"Gürcüstan xalqı Baydeni "Gürcüstanda dəyişikliklər vaxtı gəlib çatıb" şüarı ilə qarşılayacaq", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti