...

Aİ "üçlüyü" Zuqdididəki qaçqınların mənzil şəraiti ilə maraqlanıb

Siyasət Materials 17 İyul 2009 17:08 (UTC +04:00)
Aİ “üçlüyü”nün nümayəndələri Zuqdididə məskunlaşan qaçqınların mənzil şəraiti ilə maraqlanıblar.
Aİ "üçlüyü" Zuqdididəki qaçqınların mənzil şəraiti ilə maraqlanıb

Gürcüstan, Tbilisi, 17 iyul / Trend , müxbir N.Kirsxaliya /

Aİ "üçlüyü"nün nümayəndələri Zuqdididə məskunlaşan qaçqınların mənzil şəraiti ilə maraqlanıblar.

Zuqdididə kompakt şəkildə yaşayan qaçqınlar bu gün Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, müşahidə missiyasının rəhbəri Hansyorq Xaber və İsveçin xarici işlər naziri Karl Bildtlə görüşüblər.

Nümayəndələr əsasən qaçqınların onlara Zuqdididə yaşayış evləri veriləcəyi təqdirdə onların Abxaziyaya qayıdıb qayıtmayacaqları barədə fikirləri ilə maraqlanıblar. Qaçqınlar birmənalı şəkildə istənilən halda Abxaziya ərazisinə qayıdacaqlarını bildiriblər.

Öz növbəsində qaçqınlar onların təhlükəsizliyi və Aİ-nin monitorinq məsələləri ilə maraqlanıblar. Konkret olaraq onlar Aİ nümayəndələrinə "müşahidə missiyasına nə vaxt abxazların nəzarətində olan əraziyə keçmək imkanı veriləcək" sualını veriblər. Lakin konkret cavab almayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti