...

RF prezidentinin mükafatı uğrunda at yarışlarında Rostov vilayətindən Monomax adlı at qalib gəlib

Siyasət Materials 18 İyul 2009 17:42 (UTC +04:00)
Rostov vilayətindən “Donskoy” at zavodunun Monomax kəhər atı RF prezidenti mükafatı uğrunda yarışın qalibi olub.
RF prezidentinin mükafatı uğrunda at yarışlarında Rostov vilayətindən Monomax adlı at qalib gəlib

Rostov vilayətindən "Donskoy" at zavodunun Monomax kəhər atı RF prezidenti mükafatı uğrunda yarışın qalibi olub. Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Moldova, Tacikistan, Abxaziya və Cənubi Osetiya liderlərinin iştirak etdiyi yarış şənbə günü Mərkəzi Moskva ippodromunda baş tutub, RİA Novosti məlumat verib. Çapar Vladimir Melixovun çapdığı at startdan dərhal sonra irəli çıxıb. 2,4 kilometrlik məsafənin son metrlərinə qədər onun arxasında Qaleqo, Sanşayn Lemon və yarışın favoriti Broz Kennon arasında qızğın mübarizə gedib. Sanşayn Lemonun finiş sıçrayışına baxmayaraq, Monamax lideliyini qorumağa müvəffəq olub.

At yarışının ümumi mükafat fondunun məbləği 7 milyon rubl təşkil edib ki, bunun da yarısı qalibə çatıb.

Prezident mükafatı uğrunda birinci at yarışı 3 iyun 2004-cü ildə Mərkəzi Moskva ippodromunda keçirilib. Yarışın qalibi Krasnodar vilayətinin at zavodunda doğulmuş dörd yaşlı kürən Ağbaş olub.

2005-ci ildə at yarışı Kazanda keçirilib. Qalib Tatarıstan at zavoduna məxsus dörd yaşlı kəhər at Lambron olub.

2006-cı ildə Mərkəzi Moskva ippodromunda finişə Moskvaətrafından olan kəhər Satellit və qara Azərbaycan ayğırı Eşkiya eyni vaxtda çatıb.

2007-ci ildə Rostovda keçirilən at yarışında kəhər Ters (Tver vilayəti) qalib gəlib. 2008-ci ildə Pyatiqorsk ippodromunda qalib 3 yaşlı kəhər Palander (Volqoqrad vilayəti) olub.

Xəbər lenti

Xəbər lenti