...

Qırğızıstanın xüsusi xidmət orqanları tərəfindən həbs edilmiş 18 nəfərdən biri qazaxıstanlıdır

Siyasət Materials 20 İyul 2009 17:24 (UTC +04:00)
Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərovun bazar ertəsi Astanada keçirilən mətbuat konfransında bildirdiyinə görə, həqiqətən də Qırğızıstanın xüsusi xidmət orqanları tərəfindən Qazaxıstanın terrorçuluqda şübhəli bilinən vətəndaşı həbs edilib.
Qırğızıstanın xüsusi xidmət orqanları tərəfindən həbs edilmiş 18 nəfərdən biri qazaxıstanlıdır

Qazaxıstan, Astana, 20 iyul / Trend , müxbir K.Konırova /

Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərovun bazar ertəsi Astanada keçirilən mətbuat konfransında bildirdiyinə görə, həqiqətən də Qırğızıstanın xüsusi xidmət orqanları tərəfindən Qazaxıstanın terrorçuluqda şübhəli bilinən vətəndaşı həbs edilib.

"İlkin məlumatlara əsasən, Qırğızıstanda terrorizimdə şübhəli bilinərək həbs edilən 18 nəfərdən biri Qazaxıstan vətəndaşıdır. O, artıq on ildən çoxdur ki, Qırğızıstan ərazisində yaşayır", - Ömərov bildirib.

"Məlum səbəblərdən XİN şübhəlinin adını açıqlamır", - deyə o bildirib.

Əvvəlcə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yaymışdı ki, Qırğzısıtanda 18 nəfər iyun-iyulda terrorizmdə günahlandırılaraq həbs edilib. QMTDK-nın məlumatlarına əsasən, həbs edilənlər arasında Qırğızıstan, Qazaxıstan və Özbəkistan vətəndaşları da var. Məlum olub ki, həbs edilən 18 nəfər xarici düşərgələrdə terror hazırlığı keçib, bəziləri isə Əfqanıstanda antiterror koalisiyası qüvvələrinə qarşı əməliyyatlarda iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti