...

Almaniya Sərhəd Polisinin baş komissarı Gürcüstandadır

Siyasət Materials 20 İyul 2009 17:45 (UTC +04:00)
Bu gün Almaniya Sərhəd Polisinin baş komissarı Saşi Rayxeltin rəhbərliyi ilə alman sərhədçiləri Gürcüstan Sərhəd Polisinə baş çəkiblər.
Almaniya Sərhəd Polisinin baş komissarı Gürcüstandadır

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbir N.Kirsxaliya /

Bu gün Almaniya Sərhəd Polisinin baş komissarı Saşi Rayxeltin rəhbərliyi ilə alman sərhədçiləri Gürcüstan Sərhəd Polisinə baş çəkiblər.

Sərhəd Polisindən Trend -ə bildirildiyi kimi, səfər 2009-cu ildə imzalanmış əməkdaşlıq planı çərçivəsində həyata keçirilir və gələcək əməkdaşlığın prioritetlərini müəyyən etmək məqsədi daşıyır.

Nümayəndə heyətini Sərhəd Polisinin rəhbəri general-mayor Zaza Qoqava qəbul edib. O, həmkarını idarənin həyata keçirilmiş struktur dəyişikliyi ilə tanış edib, planlaşdırılmış tədbirlər barədə məlumat verib.

Tərəflər razılığa gəliblər ki, iki ölkə idarələri arasında əməkdaşlıq daha intensiv olacaq. Səfər mübadiləsi də planlaşdırılır.

Görüşdə həmçinin Almaniyan Sərhəd Polisinin baş komissarı, eləcə də Sərhəd Polisi rəhbərinin müavinləri Kristian Maynhold, Aleksandr Ençman, Tomas Qobernaç və digər rəhbər şəxslər iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti