...

Gürcüstanın ictimai televiziyasının baş direktoru istefa verib

Siyasət Materials 20 İyul 2009 18:48 (UTC +04:00)
Birinci kanalda baş direktor vəzifəsi boşdur. Levan Kubaneişvili istefa ərizəsi ilə Qəyyumluq Şurasına müraciət edib, onun müraciəti təmin edilib.
Gürcüstanın ictimai televiziyasının baş direktoru istefa verib

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbir N.Kirsxaliya /

Birinci kanalda baş direktor vəzifəsi boşdur. Levan Kubaneişvili istefa ərizəsi ilə Qəyyumluq Şurasına müraciət edib və onun müraciəti təmin edilib.

Baş direktor vəzifəsini Kubaneişvilinin müavini Qiya Çanturiya icra edəcək. Onun sözlərinə görə, yaxın bir ay ərzində kadr dəyişikliyi, eləcə də kanalın siyasətində dəyişiklik planlaşdırılmır.

"Sabahkı gün "24 saat" qəzetində elan dərc ediləcək və sonra baş direktor vəzifəsinə namizədlərin seçimi başlayacaq", - Qəyyumluq Şurasının sədri Levan Qaxeladze deyib.

Yeni direktor yaxın bir ay ərzində seçiləcək.

Kubaneişvilinin istefasını Gürcüstan İctimai Televiziyasının binası qarşısında kütləvi etiraz aksiyaları keçirərkən radikal müxalifət nümayəndələri tələb edirdi.

Lakin Kubaneişvili o zaman baş direktor vəzifəsini qorumuşdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti