...

Azərbaycan Prezidenti "Aqrolizinq" ASC-nin texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə sərəncam imzalayıb

Siyasət Materials 21 İyul 2009 19:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Aqrolizinq" ASC-nin texniki bazasının möhkəmləndirilməsinə əlavə dəstək verilməsi məqsədi ilə sərəncam imzalayıb.
Azərbaycan Prezidenti "Aqrolizinq" ASC-nin texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə sərəncam imzalayıb

Azərbaycan, Bakı, 21 iyul / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Aqrolizinq" ASC-nin texniki bazasının möhkəmləndirilməsinə əlavə dəstək verilməsi məqsədi ilə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamla "Aqrolizinq" ASC-nin aqroservis filiallarının ölkənin regionlarında tikintisinin davam etdirilməsi məqsədi ilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan ASC-nin nizamnamə kapitalının artırılması üçün 5 milyon manat vəsait ayrılıb.

Həmçinin "Naxçıvan Aqrolizinq" ASC-nin sərəncamında olan gübrələrin və kənd təsərrüfatı texnikasının saxlanması üçün xüsusi anbarların tikilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Naxçıvan MR-in Nazirlər Kabinetinə 2 milyon manat ayrılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi və Vergilər Nazirliyinə bir ay müddətində "Aqrolizinq" ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı ASC-nin Nizamnaməsində müvafiq dəyişikliyin edilməsi və həmin dəyişikliyin qeydiyyata alınması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti