Azərbaycan, Bakı, 22 iyul /müxbir Trend C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Qırğızıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcəklər.
"Mərkəzi Seçki Komissiyasının iki üzvü və Komissiya katibliyin bir əməkdaşı Qırğızıstanda prezident seşkisini müşahidə edəcək. Bu məqsədlə nümayəndə heyəti iyulun 21-dən 24-nə qədər bu ölkədə səfərdə olacaq", çərşənbə günü Trend -a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
Qırğızıstanda prezident seçkisi iyulun 23-də keçiriləcək. Seçkidə altı namizəd iştirak edir. Seçkini 48 ölkəni təmsil edən 114 beynəlxalq müşahidəçi izləyəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]