...

Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün Ermənistan Azərbaycanın uğurlarını real şəkildə təhlil etməlidir - Prezident İlham Əliyev

Siyasət Materials 22 İyul 2009 17:56 (UTC +04:00)
"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün Ermənistan Azərbaycanın uğurlarını real şəkildə təhlil etməlidir", - Azərbaycan Prezidenti İlham Əliyev, onun sədrliyi ilə keçirilən ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunları üzrə hökumət iclasında bildirib.
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün Ermənistan Azərbaycanın uğurlarını real şəkildə təhlil etməlidir - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 22 iyul / Trend , C.Babayeva /

"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün Ermənistan Azərbaycanın uğurlarını real şəkildə təhlil etməlidir", - Azərbaycan Prezidenti İlham Əliyev, onun sədrliyi ilə keçirilən ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunları üzrə hökumət iclasında bildirib. Məlumatı AzTV telekanalı yayıb.

"Ermənistan tərəfi Azərbaycanın real vəziyyətini, artan imkanlarını və ölkənin hərbi, iqtisadi, siyasi, diplomatik sahələrdə uğurlarını təhlil edərsə, o zaman məsələ həllini tez bir zamanda tapar", - deyə dövlət başçısı bəyan edib.

Prezidentin sözlərinə görə, Azərbaycan ordusu hər bir tapşırığı uğurla həyata keçirir. "Bütün cəhdlərimiz bir məqsədə xidmət edir. Bu məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal edilmiş ərazilərdən təcavüzkar qüvvələrin çıxarılmasıdır", - İlham Əliyev bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti