...

Azərbaycan və Qazaxıstanın müdafiə nazirlikləri arasında imzalanmış saziş təsdiq olunub

Siyasət Materials 23 İyul 2009 13:50 (UTC +04:00)
Azərbaycan və Qazaxıstanın müdafiə nazirlikləri arasında imzalanmış saziş təsdiq olunub

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2009-cu il iyunun 3-də Moskvada imzalanmış "Azərbaycan Respublikasi Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil almasi haqqinda saziş"in təsdiq edilməsi barədə Sərəncam imzalayıb, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sənədə əsasən, Azərbaycanın Müdafiə Nazirliyinə tapşırılıb ki, bu Sərəncamda göstərilən Sazişin həyata keçirilməsini təmin etsin. Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sərəncamda göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Qazaxıstan Respublikası tərəfini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti