...

Saakaşvili və Bayden gürcü-amerika münasibətlərini təfərrüatlı şəkildə nəzərdən keçiriblər - Baş nazirin müavini

Siyasət Materials 23 İyul 2009 15:43 (UTC +04:00)
"Gürcüstan Prezidenti və ABŞ vitse-prezidenti gürcü-amerika münasibətlərini təfərrüatlı şəkildə nəzərdən keçirib", - görüşdə iştirak etmiş Baş nazirin müavini Temur Yakobaşvili, görüşdənsonra jurnalistlərə deyib.
Saakaşvili və Bayden gürcü-amerika münasibətlərini təfərrüatlı şəkildə nəzərdən keçiriblər - Baş nazirin müavini

Gürcüstan, Tbilisi, 23 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstan Prezidenti və ABŞ vitse-prezidenti gürcü-amerika münasibətlərini təfərrüatlı şəkildə nəzərdən keçirib", - görüşdə iştirak etmiş Baş nazirin müavini Temur Yakobaşvili, görüşdən sonra jurnalistlərə deyib.

"Bu yalnız iki dost dövlətin nümayəndələrinin deyil, həm də iki dost şəxs - Mixail Saakaşvili və Cozef Baydenin söhbəti idi", - o bildirib.

Yakobaşvilinin sözlərinə görə, gürcü tərəfi onu maraqlandıran bir çox suallara cavab alıb. Ancaq görüşün konkret təfərrüatları barədə nazir müavini danışmayıb.

Təhlükəsizlik Şurasının katibi Yekaterina Tkeşelaşvili həmçinin bildirib ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri "dərindən" nəzərdən keçirib. "Hazırda səfərin yekunları üzrə bəyanat üzərində birgə iş gedir. Onun mətni ABŞ vitse-prezidentinin günün ikinci yarısında ölkə parlamentindəki çıxışı zamanı ictimaiyyətə məlum olacaq", - o deyib.

Bu dəqiqələrdə Bayden gürcü müxalifətinin nümayəndələri ilə görüş keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti