...

Qırğızıstandakı prezident seçkiləri beynəlxalq normalara uyğundur - MDB-nin icraçı direktoru

Siyasət Materials 24 İyul 2009 11:11 (UTC +04:00)
Qırğızıstandakı prezident seçkiləri beynəlxalq normalar və daxili qanunvericiliyə uyğundur", - cümə günü mətbuat konfransında MDB-nin icraçı direktoru, müşahidəçi missiyanın rəhbəri Sergey Lebedyev deyib.
Qırğızıstandakı prezident seçkiləri beynəlxalq normalara uyğundur - MDB-nin icraçı direktoru

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir А.Tanayev /

Qırğızıstandakı prezident seçkiləri beynəlxalq normalar və daxili qanunvericiliyə uyğundur", - cümə günü mətbuat konfransında MDB-nin icraçı direktoru, müşahidəçi missiyanın rəhbəri Sergey Lebedyev deyib.

Onun fikrincə, Qırğızıstan prezidentinin seçkilərində vətəndaşların iradələrini ifadə etmə azadlığı təmin edilib. O, həmçinin seçkilərə hazırlıq və seski prosesi haqda ümumi təəssüratını müsbət adlandırıb.

Lebedyev bildirib ki, nə o, nə də missiyanın üzvləri seçki prosesi barədə ciddi narazılıq eşitməyiblər.

Cümə günü MDB müşahidəçiləri ilkin hesabatlarla çıxış ediblər. Lebedyevin sözlərinə görə, seçkiləri müşahidə missiyasının qərargahı iyulun 6-da fəaliyyətə başlayıb. Onun tərkibinə birliyin 7 ölkəsindən 136 nəfər daxil olub. Müşahidəçilər hökumət, seçki komissiyaları və prezidentliyə namizədlərin qərargahlarının nümayəndələri ilə görüşüb.

Ən çox müşahidəçi Rusiya və Qazaxıstandan olub. Lebedyev bildirib ki, MDB müşahidəçiləri dəstək və anlayışla qarşılaşıblar, ölkənin bütün regionlarını gəzib və mindən çox seçki məntəqəsində olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti