...

Azərbaycanın hərbi birləşmələrində qəsdən adamöldürmə üzrə cinayətlərin sayı artıb - respublikanın hərbi prokuroru

Siyasət Materials 24 İyul 2009 16:58 (UTC +04:00)
Azərbaycanın hərbi birləşmələrində bu ilin birinci yarısında qəsdən adamöldürmə və tabelilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması üzrə cinayətlərin sayı artıb. Bu barədə hərbi prokuror Xanlar Vəliyev cümə günü Respublika Hərbi Prokurorluğunun kollegiyasında deyib.
Azərbaycanın hərbi birləşmələrində qəsdən adamöldürmə üzrə cinayətlərin sayı artıb - respublikanın hərbi prokuroru

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın hərbi birləşmələrində bu ilin birinci yarısında qəsdən adamöldürmə və tabelilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması üzrə cinayətlərin sayı artıb. Trend -un məlumatına görə bu barədə hərbi prokuror Xanlar Vəliyev cümə günü Respublika Hərbi Prokurorluğunun kollegiyasında deyib.

Vəliyev bu növ cinayətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.
Hərbi prokuror hesabat dövründə Silahlı Qüvvələrdə hərbi xidmətdən yayınma, hərbi hissəni və xidmət yerini özbaşına tərketmə və fərarilik üzrə cinayətlərin sayının azaldığını deyib.

Bu ilin birinci yarısında qeydə alınmış tabelilik qaydası əleyhinə olan cinayətlərin 98,6 faizi açılıb.

Vəliyev bildirib ki, hesabat dövründə qeyri-hərbi cinayətlərin sayı da əhəmiyyətli dərəcədə azalıb.

Kollegiyada bildirilib ki, Hərbi Prokurorluq orqanları tərəfindən cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 95,4 faizinin istintaq zamanı ödənilməsi təmin edilib.
Hərbi prokuror təhqiqatın təşkili, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və s. sahələrdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün konkret göstərişlər verib.

Hesabat dövründə Hərbi Prokurorluğun bir işçisi prokurorluq orqanlarından xaric edilib, 5 nəfər isə intizam məsuliyyətinə cəlb edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti