...

Azərbaycanın ictimai-siyasi təşkilatları birgə kütləvi aksiyalarla bağlı məsləhətləşmələrə başlayacaq

Siyasət Materials 24 İyul 2009 17:54 (UTC +04:00)
"Münaqişənin Madrid prinsipləri əsasında həllinin Azərbaycanın maraqlarına qətiyyən cavab vermədiyini nəzərə alaraq, siyasi partiyalar hakimiyyəti bu prinsiplərdən imtina etməyə çağırır. Bu prinsiplərə etiraz olaraq ictimai-siyasi təşkilatların kütləvi aksiyaların keçirilməsi ilə bağlı işçi qrupu yaradılıb", - cümə günü Trend News-a müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanin ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllinə etiraz olaraq birgə kütləvi aksiyalar keçirməklə bağlı məsləhətləşmələrə başlayacaq.

"Münaqişənin Madrid prinsipləri əsasında həllinin Azərbaycanın maraqlarına qətiyyən cavab vermədiyini nəzərə alaraq, siyasi partiyalar hakimiyyəti bu prinsiplərdən imtina etməyə çağırır. Bu prinsiplərə etiraz olaraq ictimai-siyasi təşkilatların kütləvi aksiyaların keçirilməsi ilə bağlı işçi qrupu yaradılıb", - cümə günü Trend -a müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Orucun sözlərinə görə, işçi qrupunun keçirilən ilk iclasında partiyalar arasında bu məsələ ilə bağlı ortaq mövqenin müəyyənləşdirilməsi üçün hansı addımların atılması məsələsi müzakirə olunub. "Gələn həftə keçiriləcək iclasdan sonra partiyalarla məsləhətləşmələr aparılacaq. Məsləhətləşmələr yalnız siyasi deyil, qeyri-hökumət təşkilatları və ziyalılarla da aparılacaq", - partiya sədri deyib.

O, kütləvi aksiyaların keçirilmə vaxtının məsləhətləşmələrdən sonra məlum olacağını bildirib. "İlkin formada piketlər təşkil olunacaq və müəyyən vaxtdan sonra kütləvi aksiyaların keçirilməsinə başlanacaq. Aksiyaların keçirilməsinə icazə almaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq", - Oruc deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti