...

Kutaisidə dörd jurnalistin həlak olmasına səbəb olan yol nəqliyyat hadisəsinin təqsirkarı polisə təslim olub

Siyasət Materials 27 İyul 2009 12:02 (UTC +04:00)
Kutaisidə baş verən, dörd jurnalistin ölümü ilə nəticələnən faciəvi yol nəqliyyat hadisəsinin təqsirkarı polisə təslim olub. O, 31 yaşlı Revaz Tkeşelaşvilidir.
Kutaisidə dörd jurnalistin həlak olmasına səbəb olan yol nəqliyyat hadisəsinin təqsirkarı polisə təslim olub

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirtsxaliya /

Kutaisidə baş verən, dörd jurnalistin ölümü ilə nəticələnən faciəvi yol nəqliyyat hadisəsinin təqsirkarı polisə təslim olub. O, 31 yaşlı Revaz Tkeşelaşvilidir.

Avtomobil qəzası dünən axşam Aqmaşenebeli prospektinin Ninoşvili küçəsi ilə kəsişməsində baş verib.  "Rioni" teleşirkəti jurnalistlərinin hərəkət etdiyi avtomobil arxadan vurulub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.  

Yol nəqliyyat hadisəsində "Rioni" teleşirkətinin informasiya xidmətinin rəhbəri Niko Qiqaşvili, xəbər aparıcısı Qeorqi Mqaloblişvili, jurnalist Coni Kublaşvili və operator Dato Avaliani həlak olub.

Xəbər lenti

Xəbər lenti