...

Azərbaycanın dövlət başçısı qırğızıstanlı və indoneziyalı həmkarlarını prezident seçkisindəki qələbələri münasibətilə təbrik edib

Siyasət Materials 27 İyul 2009 13:51 (UTC +04:00)
Bakiyevə təbrik məktubunda Prezident Azərbaycan-Qırğızıstan dostluğunun möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı, əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın dövlət başçısı qırğızıstanlı və indoneziyalı həmkarlarını prezident seçkisindəki qələbələri münasibətilə təbrik edib

Azərbaycanın dövlət başçısı İlham Əliyev bazar ertəsi Qırğizistan Prezidenti Kurmanbek Bakiyevi və İndonezi Prezidenti Susilo Bambanq Yudhoyononı prezident seçkisindəki qələbələri münasibətilə təbrik edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

Bakiyevə təbrik məktubunda Prezident Azərbaycan-Qırğızıstan dostluğunun möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı, əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.

Dövlət başçısı Bakiyevə Qırğızıstan xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

İndoneziyanın dövlət başçısına ünvanladığı təbrik məktubunda Prezident dost ölkələr və xalqlar arasında əlaqələrin daha da genişləndirilməsi sahəsində səylərin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib və ona İndoneziya xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti