...

MSK prezident seçkilərində Kurmanbek Bakiyevin qələbəsini elan edib (ƏLAVƏ)

Siyasət Materials 27 İyul 2009 17:18 (UTC +04:00)

Qırğızıstanın Seçkilər və Referendum keçirilməsi üzrə Mərkəzi Komissiyası prezident seçkilərində qalib gəlmiş Kurmanbek Bakiyevin tanınması barədə protokolu təsdiq edib. Məlumatı "AKİpress" İA yayıb.

MSK üzvü Toktoqul Sultakeyevin bildirdiyi kimi, seçkilərdə 2 328 069 seçici iştirak edib ki, bu da seçicilərin ümumi sayının 79,13 faizidir.

MSK-nın məlumatına görə, Bakiyev seçicilərin 76,12 faiz səsini toplayıb.

Digər namizədlər:

Almaz Atambayev - 195 973 (8,41%)
Temir Sariyev - 157 005 (6,74%)
Toktayım Umetaliyeva - 26 640 (1,14%)
Nurlan Motuyev - 21 724 (0,93%)
Jeşinbek Nazaraliyev - 19 283 (0,83%)
Hamısının əleyhinə - 108 553 (4,66%).

Xəbər lenti

Xəbər lenti