...

Moskvada Azərbaycanla Dostluq Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibi seçilib

Siyasət Materials 28 İyul 2009 16:35 (UTC +04:00)

Bu gün Moskvada Azərbaycanla Dostluq Cəmiyyəti regionlarası təşkilatının iclası keçirilib. İclasda ötən il ərzində görülmüş işlərə yekun vurulub. Məlumatı İTAR-TASS agentliyi yayıb.

İclas iştirakçıları cəmiyyətin mərkəzi İdarə Heyətinin tərkibini, cəmiyyətin prezidenti və vitse-prezidentini seçiblər.

Cəmiyyətin prezidenti Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar seçilib. Cəmiyyətin birinci vitse-prezidenti vəzifəsinə fövqəladə və səlahiyyətli səfir Vasili İstratov, vitse-prezidentlər Aleksandr Romaşin və Mixail Qusman seçiliblər.

İclas iştirakçılarının qarşısında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edib.

Xəbər lenti

Xəbər lenti