...

Azərbaycanın müxalifət partiyası Milli Müqavimət Hərəkatının yaradılmasına ehtiyac olmadığını düşünür

Siyasət Materials 28 İyul 2009 16:16 (UTC +04:00)
“İş görmək, konkret addımlar atmaq əvəzinə vaxtaşırı bir təşkilat yaratmaqla məşğul olmaq böyük qüsurdur”, - çərşənbə axşamı Trend News-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyası Milli Müqavimət Hərəkatının yaradılmasına ehtiyac olmadığını düşünür.

"İş görmək, konkret addımlar atmaq əvəzinə vaxtaşırı bir təşkilat yaratmaqla məşğul olmaq böyük qüsurdur", - çərşənbə axşamı Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bir müddət əvvəl Milli Müqavimət Hərəkatının (MMH) yaradılması təklifi ilə çıxış edib. O, ölkədə fəaliyyət göstərən aparıcı siyasi qüvvələrə bu ideyanın gerçəkləşməsi istiqamətində müraciətlər də edib. Ancaq onun sözlərinə görə, bəzi partiya sədrlərinin astagəlliyi üzündən prosesi intensivləşdirmək mümkün olmayıb.

Cəlaloğlunun sözlərinə görə, Azərbaycanın problemlərini həll etmək üçün mövcud təşkilatlar kifayətdir. "Bizim əsas vəzifəmiz indiyə qədər yaradılan təşkilatların normal fəaliyyətini qurmaqdır. Yeni təşkilat yaratmaqla problemlərin sayını azaltmaq mümkün deyil", - partiya sədri əlavə edib.

ADP rəhbəri deyib ki, qrup maraqlarından çıxış etməkdən imtina vaxtıdır. "Milli sözündən istifadə ilə ideyanı gücləndirmək mümkün deyil. Biz yalnız Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə bir hərəkat yarada bilərik. Bu zaman da əgər iqtidar həmin prosesdə iştirak etməyəcəksə, yenə milli müqavimət olmayacaq", - o qeyd edib.

"Milli Müqavimət xarici gücə qarşı yaradıla bilər, burada artıq iqtidar-müxalifətdən söhbət gedə bilməz", - Cəlaloğlu vurğulayıb.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurması ilə bağlı partiyanın yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

2006-cı ilin mаrt аyındа Klаssik Хаlq Cəbhəsi Pаrtiyаsının təsis qurultаyı kеçirilib. Həmin vахtа qədər pаrtiyа Аzərbаycаn Хаlq Cəbhəsi Pаrtiyаsı аdınа iddiа еdirdi və "Klаssiklər" АХCP-si kimi tаnınırdı. Аzərbаycаnın еks-prеzidеnti, АХCP-nin sədri Əbülfəz Еlçibəyin müаvini оlmuş Mirmаhmud Mirəliоğlu 2000-ci ildə pаrtiyаnın iki hissəyə pаrçаlаnmаsındаn sоnrа "Klаssiklər" qаnаdınа sədrlik еdib. 2006-cı ildə pаrtiyаnın аdındа dəyişiklik еdilərək KХCP аdlаndırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti