...

Azərbaycanın müxalifət partiyasının gəncləri bələdiyyə seçkisində iştirakı vacib hesab edirlər

Siyasət Materials 28 İyul 2009 16:49 (UTC +04:00)
"Bələdiyyə seçkisi gənclərin daha kütləvi və şanslı iştirak edə biləcəyi seçkidir. Gənclər seçkidə qalib gəlməsələr belə, siyasi təcrübə keçmiş olacaqlar. Partiyanın bütün rayon təşkilatlarının sədrləri ilə görüşlərdə bələdiyyələrə namizədlər siyahısında gənclərə üstünlük verilməsi tövsiyə olunub", - çərşənbə axşamı Trend News-a Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı bildirib.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın müxalif Müsavat Partiyasının gəncləri bələdiyyə seçkisində iştirakı vacib hesab edirlər.

"Bələdiyyə seçkisi gənclərin daha kütləvi və şanslı iştirak edə biləcəyi seçkidir. Gənclər seçkidə qalib gəlməsələr belə, siyasi təcrübə keçmiş olacaqlar. Partiyanın bütün rayon təşkilatlarının sədrləri ilə görüşlərdə bələdiyyələrə namizədlər siyahısında gənclərə üstünlük verilməsi tövsiyə olunub", - çərşənbə axşamı Trend -a Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi nəzərdə tututlur. Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Abbaslı bələdiyyə seçkisinə namizədlər siyahısının 10-15 faizini gənclərin təşkil edəcəyini bildirib. "Bu istiqamətdə gənclər arasında iş aparırıq. Güman edirik ki, seçkiyə qatılan gənclərin 50-60 faizi qalib gələcək", - o deyib.

O, bələdiyyələrin birləşdirilməsindən sonra seçkidə rəqabətin artacağını bildirib.

Trend -un arayışı: Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti