...

Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Tbilisiyə gəlib

Siyasət Materials 29 İyul 2009 11:38 (UTC +04:00)
Bu gün səhər Tbilisiyə Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi gəlib. O, Tbilisi aeroportunda jurnalistlərə bildirib ki, burda olmadığı dövr ərzində baxılması vacib olan məsələlər yaranıb.
Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Tbilisiyə gəlib

Gürcüstan, Tbilisi, 29 iyul/ Trend , müxbir N.Kirtsxaliya /

Bu gün səhər Tbilisiyə Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi gəlib. O, Tbilisi aeroportunda jurnalistlərə bildirib ki, burda olmadığı dövr ərzində baxılması vacib olan məsələlər yaranıb.

"Gürcüstanın daxili siyasi həyatı ilə əlaqədar məsələlər, eyni zamanda Rusiya ilə olan münasibətlər, münaqişə regionları ətrafındakı vəziyyət, Aİ müşahidəçilərinin mandatının uzadılması, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin səfərinin konkret nəticələri barədə keçirilən görüşlərdən sonra danışa bilərəm", - o, bəyan edib.

Semnebi səfəri zamanı Gürcüstan rəhbərliyi ilə, həmçinin parlament və qeyri-parlament müxalifəti, qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşəcək.  

Semnebi bu səfər çərçivəsində Tsxinvali və Suxumiyə baş çəkəcək və bu separatçı regionların liderləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti