...

Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkisində gənc namizədlərə üstünlük verəcək

Siyasət Materials 29 İyul 2009 11:57 (UTC +04:00)
"Partiya rəhbərliyinə gənclərin seçkidə fəal iştirak etmək istəyində olduğu bildirilib. Seçkidə həm partiyanın gənc üzvləri, həm də müstəqil gənclərin seçkiyə namizəd kimi cəlb olunması istiqamətində işlər aparılır", - çərşənbə günü Trend News-a VİP gənclər təşkilatının sədri Nurəddin Babayev bildirib.

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyası (VİP) bələdiyyə seçkisində namizədlər siyahısında gənclərə üstünlük verəcək.

"Partiya rəhbərliyinə gənclərin seçkidə fəal iştirak etmək istəyində olduğu bildirilib. Seçkidə həm partiyanın gənc üzvləri, həm də müstəqil gənclərin seçkiyə namizəd kimi cəlb olunması istiqamətində işlər aparılır", - çərşənbə günü Trend -a VİP gənclər təşkilatının sədri Nurəddin Babayev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi nəzərdə tututlur. Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Babayevin sözlərinə görə, partiya rəhbərliyi seçkidə gənclərə üstünlük verilməsini dəstəkləyib. "Rəhbərlik gənclərin seçkiyə fəal qatılmaq fikrinə böyük maraq göstərib. Partiyanın bələdiyyələrə namizədləri siyahısında əsas üstünlük gənclərə veriləcək", - o deyib.

Trend -un arayışı: Vətəndаş və İnkişаf Pаrtiyаsı (VİP) 2006-cı ildə təsis оlunub. Həmin vахtı qədər bu pаrtiyаnın üzvləri Аzərbаyаn Milli İstiqlаl Pаrtiyаsındа (АMİP) təmsil оlunublаr. АMİP-də bаş vеrmiş pаrçаlаnmа nəticəsində Əli Əliyеvin tərəfdаrları öz qurultаylаrını kеçirərək VİP-i təsis еdiblər. VİP "Аzаdlıq" siyаsi blоkunun üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti