...

Tbilisidə nərd üzrə beynəlxalq turnir keçiriləcək

Siyasət Materials 29 İyul 2009 20:56 (UTC +04:00)
Tblisinin "Acara" kazinosunda avqustun 1-5-də nərd üzrə Qoqi Bukiya adına açıq beynəlxalq xatirə turniri keçiriləcək.
Tbilisidə nərd üzrə beynəlxalq turnir keçiriləcək

Gürcüstan, Tbilisi, 29 iyul / Trend , müxbir N.Kirsxaliya /

Tblisinin "Acara" kazinosunda avqustun 1-5-də nərd üzrə Qoqi Bukiya adına açıq beynəlxalq xatirə turniri keçiriləcək.

Bu, Tbilisidə keçiriləcək nərd üzrə üçüncü beynəlxalq turnir olacaq. Turnir 2007-ci ildə "Hobi" beynəlxalq xeyriyyəçilik fondunun təşəbbüsü ilə yaradılıb. Keçən ildən yarış beynəlxalq oyunların siyahısına salınıb.

Turnir Çiva Tafazolanın rəhbərliyi ilə Beynəlxalq Nərd Təşkilatı tərəfindən təşkil olunub.

Sonuncu yarışın qalibi türk Çem Dutan, ikinci yerin sahibi isə italyan Fabrisio Losurdo olub.

İndiki turnirin sponsorları "Hobi" beynəlxalq xeyriyyəçilik fondu ilə yanaşı, "Acara" kazinosu, "MQ Kompaniya" MMC, "Oazis" Çakvi mehmanxanası və "Geoatlastur" MMC-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti