...

Azərbaycanın müxalifət partiyaları bələdiyyə seçkisini boykot edəcəklərini istisna etmirlər

Siyasət Materials 30 İyul 2009 13:43 (UTC +04:00)
"Azadlıq" blokunun bələdiyyə seçkisində iştirakdan imtina etməsi nəzəri cəhətdən mümkündür. Seçkiyə qatılmaq və ya qatılmamaq barədə qərar rayon təşkilatlarında aparılan müzakirələrin nəticəsində müəyyənləşəcək. Yerli təşkilatlardan sonra blokdakı partiyaların kollegial qurumları da bu məsələni müzakirə edib seçkiyə münasibətlərini ifadə etməlidirlər", - cümə axşamı Trend News-a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın müxalifət partiyaları bələdiyyə seçkisini boykot edəcəklərini istisna etmirlər.

"Azadlıq" blokunun bələdiyyə seçkisində iştirakdan imtina etməsi nəzəri cəhətdən mümkündür. Seçkiyə qatılmaq və ya qatılmamaq barədə qərar rayon təşkilatlarında aparılan müzakirələrin nəticəsində müəyyənləşəcək. Yerli təşkilatlardan sonra blokdakı partiyaların kollegial qurumları da bu məsələni müzakirə edib seçkiyə münasibətlərini ifadə etməlidirlər", - cümə axşamı Trend -a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi nəzərdə tutulur. Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Əliyevin sözlərinə görə, bələdiyyə seçkisində iştirakla bağlı qərarın avqustun sonu-sentyabrın əvvəlində qəbul edilməsi gözlənilir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə xalqı bələdiyyə seçkisinə cəlb etməyi ən yaxşı yol hesab edir.

" Xalq o qədər apotik vəziyyətə düşüb ki, boykot taktikası xalqı siyasi proseslərdən kənar saxlayır. Hər şey iqtidarın siyasi iradəsindən və müxalifətin seçkidə iştirak etməsində nə qədər maraqlı olmasından asılı olacaq. İqtidar bələdiyyə seçkisində müxalifətlə tərəf müqabili kimi iştirak edib rəqabət aparmaq istəsə, biz bundan qaçmamalıyıq", - cümə axşamı Cəlaloğlu Trend -a bildirib.

Müsavat Partiyası bələdiyyə seçkisində iştirak etmək barədə qərar qəbul etsə də, seçkini boykot etmək ehtimalını istisna etmir.

"Boykot ehtimalını heç vaxt istisna etmək olmaz. Azərbaycanda mövcud qanunların sərtləşdirilməsi, demokratiyanın çərçivəsini daraltmağa cəhdlərin göstərilməsi fonunda ölkədə bütövlükdə siyasi prosesin boykot edilməsi ehtimalı həmişə mövcuddur", - cümə axşamı Trend -a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti